04 dekabr 2024 18:02
329

Əlilliyi olan 8,1 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub

Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində əlilliyi olan 8,1 min şəxsə kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə aktivlər verilərək, onlar üçün kiçik təsərrüfatlar yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramının icrasında həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verir. Onlar üçün ilk mərhələdə təlimlər təşkil olunub, təlimlərdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər.