04 dekabr 2024 17:38
406

Bakıda məktəbli yoldaşına kəsici alətlə xəsarət yetirən şagird saxlanılıb

Bakıda məktəbdə şagird yoldaşını bıçaqlayan yeniyetmə saxlanılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digərinə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.