04 dekabr 2024 18:42
352

Metroda nasazlıq yaranıb, sərnişinlər qatardan düşürülüb

Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

“İki sahil” xəbər verir ki,  metropolitendən verilən məlumata görə, sərnişinlər "28 May" stansiyasında qatardan düşürülüb.

Qatara texniki baxış keçiriləcək.