15 dekabr 2024 08:56
402

5 yaşlı uşaq yol qəzasında xəsarət alıb

Bakının Sabunçu rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"İki sahil"in məlumatına görə, iki avtomobilin toqquşması zamanı sərnişin, 2019-cu il təvəllüdlü A.Eyvazov xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.