15 dekabr 2024 20:59
404

Qubada avtomobil dərəyə aşıb

Quba rayonunun Üçgün kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan 1 nəfər həlak olub, 2 nəfər ağır xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.