16 dekabr 2024 10:05
389

Ərini bıçaqlamaqda şübhəli bilinən qadın saxlanılıb - YENİLƏNİB

Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, dekabrın 15-də saat 16 radələrində Sumqayıt şəhəri 11-ci mikrorayon ərazindəki evlərin birində 1988-ci il təvəllüdlü E.Quliyevə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən onun arvadı 2000-ci il təvəllüdlü N.Quliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

***

Sumqayıtda 24 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.

Hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.

2000-ci il təvəllüdlü Nərmin Quliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvin Quliyeva bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

“Report”