16 dekabr 2024 09:15
385

Mingəçevirdə qətl törədilib, saxlanılan var

Mingəçevir şəhərində 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənli mübahisə zəminində qarın nahiyəsindən bıçaqlanıb.

“İki sahil” xəbər verir ki, ağır halda xəstəxanaya yerləşdirilən Bəxtiyar Həsənli dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü Elvin Rüstəmov isə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.