16 dekabr 2024 09:47
382

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Vaz 21074” markalı, 99-TD-097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muhəmmədəli Bayışlı saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Bayışlının sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.