16 dekabr 2024 09:51
433

Cənub-qərb küləyi güclənib - Faktiki hava

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Qobustanda 16 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 4, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.