16 dekabr 2024 20:20
593

Qusarda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.

“İki sahil” xəbər verir ki,  DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.