16 dekabr 2024 20:23
532

Sumqayıtda yaşayış binasında yanğın baş verib

Sumqayıtda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin 4-cü məhəlləsində yerləşən 12/21 saylı yaşayış binasının zirzəmisində qeydə alınıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Zirzəmidə yaşayan bir ailənin 3 üzvü və qonşular binadan təxliyə edilib.

Hadisəyə cərəyən xəttinə taxılan şarj aparatının partlamasının səbəb olduğu buldirilir.

Faktla bağlı araşdırma aparılır.