Şabranda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən iki nəfər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “İki sahil”ə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçiriblər.
Keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş Nicat Quliyev və G.Teymurova saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqrama yaxın marixuana və heroin aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yasamal və Nərimanovun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib
Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib