19 dekabr 2024 11:40
392

Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Abşeron rayonu Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən piyada, 1978-ci il təvəllüdlü Yaqub Müseyib oğlu Əliməmmədovu avtomobil vurub.

Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.