09 avqust 2026 18:25
103

Sabah Masallının iki kəndində qaz olmayacaq

Sabah Masallının iki kəndində qaz olmayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək rayonun Ağakişibəyli və Şərəfə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.