20 dekabr 2024 12:41
383

On bir ayda 33,2 min şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb

Bu ilin yanvar-noyabr ayları ərzində 33,2 min şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə "İki sahil"ə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Onların 70,1 faizini kişilər, 29,9 faizini isə qadınlar təşkil edib.