Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin icraatına verilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Report”a vəkil Adəm Məmmədov məlumat verib.
Vəkil bildirib ki, erməni hərbi cinayətkarlar tərəfindən Birinci Qarabağ müharibəsində şəhid olmuş atam Məhərrəm Məmmədovun da zərərçəkmiş kimi tanınıb:
"Onun hüquqi varisi qismində məhkəmədə iştirak edəcəm”.
Xatırladaq ki, Adəm Məmmədovun atası Məhərrəm Məmmədov Zərdab rayon Məhkəməsinin sədri olub. 1993-cü il avqustun 24-də erməni hərbi cinayətkarlar tərəfindən şəhid edilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq. Qeyd edək ki, məhkəmə 15 nəfərin ümumilikdə 2 min 548 epizod üzrə işinə baxacaq.
1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.
Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2 min 548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Roberti təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır