Qazaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
“İki sahil” xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. 1981-ci il təvəllüdlü Rövşən Nəbiyev yolu keçmək istəyən zaman onu minik maşını vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır