21 dekabr 2024 09:34
455

Ağstafada avtomobil motosikletlə toqquşub, ölən var

Ağstafada avtomobil motosikletlə toqquşub.

“İki sahil” xəbər verir ki, 1963-cu il təvəllüdlü Hacıməmmədov Elşad Əmirastan oğlu idarə etdiyi “VAZ-21099” markalı avtomobili ilə 2005-ci il təvəllüdlü Sadıxzadə Ruhin Veyis oğlunun idarə etdiyi “İJ Planeta 5” markalı motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü R.Sadıxzadə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.