Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin dekabrın 23-ü saat 9:00-a olan məlumatına əsasən Sumqayıt, Şamaxı, Qobustan, Kürdəmir, Cəfərxanda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 2 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan MR-da 7, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.