Ötən gün Ağdamda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.
“İki sahil” xəbər verir ki, hadisə Ağdam rayonun İmamqlubəyli qəsəbəsində baş verib.
Ağdam rayon Papravənd kənd sakini Abdullayev Gündüz Şahin oğlu idarə etdiyi "Opel" markalı maşınla hərəkətdə olarkən sərxoş halda yola uzanan 1997-ci il təcəllüdlü Qiyaslı kənd sakini Zeynalov Hüseyin Mübariz oğlunu vurub.
Hadisə nəticəsində sözügedən şəxs həyatını itirib