24 dekabr 2024 17:33
504

Tovuzdakı peşə məktəbində tələbələrin zəhərlənmə şübhəsi ilə bağlı araşdırma aparılır

Tovuz Peşə Təhsili Mərkəzində tələbələrin zəhərlənmə şübhəsi ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki,  Agentlikdən verilən məlumat görə, hazırda bu barədə araşdırma aparılır.

Məlumata görə, nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, adıçəkilən peşə təhsil müəssisəsində bir neçə tələbənin tortdan zəhərləndiyi bildirilir.