Aktauda qəza enişi edən təyyarədə 5 nəfər ekipaj üzvü də daxil olmaqla, 67 sərnişin olub.
“İki sahil” Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, ilkin məlumata əsasən, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb.
Hadisə yerinə 150 əməkdaş və 45 texnika cəlb edilib. Sərnişinlərin tam siyahısı dəqiqləşdirilir.