25 dekabr 2024 13:01
295

Aktauda təyyarə qəzasında xəsarət alanlar tam tibbi yardımla təmin edilir

Aktau yaxınlığında baş verən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 28 nəfər tibb müəssisələrinə yerləşdirilib.

“İki sahil” Qazaxıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, xəsarət alanlara xəstəxanalarda bütün zəruri tibbi yardım göstərilir. Hadisə yerinə 23 təcili tibbi yardım briqadası səfərbər edilib.

Bu gün Astanadan Aktauya cərrah və travmotoloqlardan ibarət mütəxəssis briqadası ilə tibbi aviasiya təyyarəsi yola düşəcək.