25 dekabr 2024 13:45
328

Rumıniya XİN Aktaudakı təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib

Rumıniya Xarici İşlər Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız zərərçəkənlər və onların ailələrinin yanındadır", - paylaşımda qeyd olunub.