İran Prezidenti Məsud Pezeşkian AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə İran Prezidentinin saytı məlumat yayıb.
“Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbərinə çox məyus oldum. Sizə və Azərbaycan xalqına, xüsusən də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, Uca Yaradandan həlak olanlara rəhmət, məğfirət, yaralananlara isə tezliklə şəfa diləyirəm”, - M.Pezeşkian qeyd edib.
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
“Milat” YAP-ın fəaliyyəti və qarşıya qoyduğu hədəflərlə bağlı material yayımlayıb