25 dekabr 2024 17:28
388

Yasamalda çoxmərtəbəli binada yanğın başlayıb

Bakının Yasamal rayonu ərazisində çoxmərtəbəli binada yanğın başlayıb.

“İki sahil” xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. (Report)