25 dekabr 2024 17:58
380

BQXK təyyarə qəzasında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun "X" hesabında paylaşım edilib.

"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - məlumatda qeyd edilib.