Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.
“İki sahil” xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumat görə, Numan Kurtulmuş "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyib.
Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
“Milat” YAP-ın fəaliyyəti və qarşıya qoyduğu hədəflərlə bağlı material yayımlayıb