27 dekabr 2024 08:51
285

61 yaşlı qadını maşın vurub

Bakıda avtomobil 61 yaşlı qadını vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində Yadigar Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada 1963-cü il təvəllüdlü Solmaz Rzayevanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.