Bu ilin yanvar-noyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 50 ölkəyə 16,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın dekabr buraxılışında bildirilir.
Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2 ölkə çox və 1,1 milyon ABŞ dolları (6,1 %) azdır.
Bu ilin 11 ayı ərzində “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73 %-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,4 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,5 milyon ABŞ dolları ilə Lüksemburq, 826,1 min ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirlikləri, 639,5 min ABŞ dolları ilə Pakistan, 600,4 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.
Təkcə noyabrda isə “Azərkosmos” 40 ölkəyə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu isə 1 il əvvələ nisbətən müvafiq olaraq 4 ölkə az və 3 milyon ABŞ dolları (16,7 %) azdır.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır