İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva ilə görüş keçirib.
Bu barədə “İki sahil” BMT-nin Azərbaycandakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
"İlin son görüşü: BMT-nin Bakıdakı rezident-əlaqələndiricisi iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Buraya BMT-nin Dayanıqlı İnkişaf üzrə yeni Əməkdaşlıq Çərçivə Proqramının (2026-2030) hazırlanması barədə müzakirələr daxildir. Bu yeni proqram Azərbaycan xalqı üçün daha ekoloji və dayanıqlı gələcəyin təmin edilməsinə yönəlmiş səylərin birləşdirilməsinin təməli olacaq”, - paylaşımda qeyd edilib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır