Bu ilin yanvar-sentyabr aylarında Fransa Azərbaycan iqtisadiyyatına 91,6 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,8 dəfə çoxdur.
Hesabat dövründə Fransanın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2 % olub.
9 ay ərzində Azərbaycan isə Fransa iqtisadiyyatına 16,1 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 10,8 % azdır.
Hesabat dövründə Azərbaycanın Fransa iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 1,2 % təşkil edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır