Böyük Britaniyanın aparıcı səyahət jurnalı “Wanderlust” Azərbaycanı 2025-ci ilin səyahət etmək üçün ən yaxşı 25 destinasiyanın siyahısına daxil edib.
Məlumata görə, Azərbaycan turistlərə özünəməxsus mədəni təcrübələr təqdim edir.
Qeyd edilib ki, siyahı, ziyarətçiləri daha az tanınan, ancaq çətin yollardan və çoxlu turistlərin uğradığı qaynar nöqtələrdən uzaqlaşdırmaq qabiliyyətinə görə hazırlanıb.
“Wanderlust” 25 yerlik siyahısında Azərbaycandan başqa, BƏƏ (Əbu-Dabi), Kanada (Alberta), Bermuda, Kolumbiya, Kosta-Rika (Corcovado National Park), Xorvatiya (Dubrovnik), El Salvador, ABŞ (Florida, Tennessee və Şimali Karolina), Almaniya, Yaponiya, Malaziya, ABŞ (Mississippi), Namibia, ABŞ (Nyu York ştatı), Qətər, Braziliya (Rio de Janeiro), Səudiyyə Ərəbistanı (Riyad), Rvanda, Avstriya (Salzburg və Vyana), Sinqapur, Sloveniya (Small-town), Avstraliya (Uluṟu-Kata Tjuṯa National Park), Özbəkistan və Litva (Vilnus) yer alıb.
“Report”
Məhəmməd Əl-Casir: Azərbaycanda yeni layihələrin icrasını səbirsizliklə gözləyirik
Azərbaycan Türkiyədən 4 ayda geyim idxalına 22 milyon dollara yaxın vəsait xərcləyib