Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 188-ə çatıb.
“İki sahil” xəbər verir ki, KOBİA-dan bildirilib ki, “Startap” şəhadətnamələri “Sampler” MMC-nin onlayn marketinq platforması, “Professor Rahimov Academic Medical Center” MMC-nin proqram təminatı, fərdi sahibkar Aytac Mütəllimovanın özünəxidmət köşkləri, “Vita Travel” MMC-nin onlayn platforma, “Suber” MMC-nin mobil tətbiq, “Buylink” MMC-nin rəqəmsal tövsiyə proqramları üçün marketinq tətbiqi layihələrinə təqdim edilib.
KOB subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır