2024-cü ildə Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş məhsullar 10-dan çox ölkəyə ixrac edilib.
“İki sahil” xəbər verir ki, bunu "Report"un yerli bürosuna müsahibəsində yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
Onun sözlərinə görə, ixrac il ərzində verilmiş 60 mənşə sertifikatı əsasında həyata keçirilib.
Bundan başqa, nazir əvəzi deyib ki, ötən il sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə nazirlik yanında Sahibkarlığı İnkişafı Fondunun əməkdaşlıq etdiyi müvəkkil kredit təşkilatlarının sayı 2 dəfə artırılaraq 6-ya çatdırılıb, əlavə olaraq 3 kredit təşkilatının əməkdaşlığa cəlb olunması üçün işlər davam etdirilir.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır