2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 milyard 890 milyon manat təşkil edib.
“İki sahil” xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40.7% və ya 2 milyard 282 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 4 milyard 313 milyon manatı elektron ticarət vasitəsi ilə, 1 milyard 937 milyon manatı POS-terminallar vasitəsi ilə, 1 milyard 321 milyon manatı bankomatlar vasitəsi ilə, 307 milyon manatı ölkə xarici əməliyyatlar vasitəsi ilə 9 milyon manatı isə özünəxidmət terminalları vasitəsi ilə həyata keçirilib.
Xatırladaq ki, 2024-cü il dekabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 248 min təşkil edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır