2024-cü ildə Azərbaycana 38 ölkədən 26 657 aviareys təşkil olunub.
"İki sahil” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3 ölkə (8,5 %) və 3 875 aviareys (17 %) çoxdur.
Ötən il Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 7 738 reys. Bu da əvvəlki ilə nisbətən 10,4 % çoxdur.
Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 5 813 uçuş olub ki, bu da illik müqayisədə 3,6 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 3 242 reyslə (+32,8 %) daxil olub.
TOP-10-luğa həmçinin Gürcüstan 2 009 reyslə (+ 19,9 %), Qazaxıstan 888 (+ 10,1 %), Səudiyyə Ərəbistanı 817 (- 11,3 %) , Hindistan 663 (+2,9 dəfə), Qətər 574 (+ 59,3 %), Özbəkistan 427 (- 27,1 %) və Küveyt 416 reyslə (+ 9,1%) daxildir.
İndiyə qədər ilk 10-luqda olan Almaniya (334 aviareys, +11,1 %) 13-cü yerə düşüb, onun yerinə siyahıya Hindistan daxil olub.
Təkcə ötən ilin dekabrında isə Azərbaycana həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 4,3 % artaraq 2 144 vahid təşkil edib. O cümlədən, ötən ay Rusiyadan 569 uçuş olub ki, bu da illik müqayisədə 6,2 % azdır.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır