2024-cü ildə Azərbaycandan 42 ölkəyə 26 489 aviareys təşkil olunub.
"İki sahil” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 7 ölkə (20 %) və 3 680 aviareys (16,1 %) çoxdur.
Ötən il Azərbaycandan ən çox Rusiyaya 7 643 reys təşkil olunub. Bu da əvvəlki ilə nisbətən 8,9 % çoxdur.
Ötən il Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil edilib. Bu ölkəyə 5 855 reys olub ki, bu da illik müqayisədə 4,1 % çoxdur.
İlk üçlüyə 3 179 reyslə (+30,3 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub.
TOP-10-luğa həmçinin Gürcüstan 2 015 (+ 19,9 %), Qazaxıstan 867 (+ 7,7%) , Səudiyyə Ərəbistanı 822 (- 10 %), Hindistan 665 ( + 2,9 dəfə), Qətər 575 (+ 44,4 %), Özbəkistan 428 (- 28 %) və Küveyt 417 (+ 8,8 %) daxil olub.
İndiyə qədər ilk 10-luqda olan Almaniya (322 aviareys, + 10,2 %) 13-cü yerə düşüb, bu ölkənin yerinə siyahıya Hindistan daxil olub.
Təkcə ötən ilin dekabrında isə Azərbaycandan həyata keçirilən aviareyslərin sayı 1 il əvvələ nisbətən 4,4 % artaraq 2 138 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 565 reys təşkil olunub ki, bu da illik müqayisədə 6,6 % azdır.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır