2024-cü ildə Azərbaycandan hava nəqliyyatı ilə 42 ölkəyə 3 milyon 369,4 min nəfər səfər edib.
"İki sahil” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə 7 ölkə (20 %) və 769,3 min sərnişin (29,5 %) çoxdur.
Ötən il Azərbaycandan ən çox sərnişin 913,5 min nəfər olmaqla Rusiyaya səfər edib. Bu da əvvəlki ilə nisbətən 24,3 % çoxdur.
Hesabat dövründə Türkiyəyə 874,4 min nəfər (+ 17,2 %), Birləşmiş Ərəb Əmirliklərinə isə 420,1 min nəfər (+36,4 %) sərnişin səfər edib.
Siyahıda daha sonra 198,5 min sərnişinlə (+ 31,4 %) Gürcüstan, 116,1 min sərnişinlə (+ 8,7 %) Səudiyyə Ərəbistanı, 106,6 min sərnişinlə (+ 3,3 dəfə) Hindistan, 95,3 min sərnişinlə (+26,3 %) Qazaxıstan, 65,2 min sərnişinlə (+ 90,5 %) Qətər, 62,3 min sərnişinlə (+ 78,4 %) İtaliya və 49,6 min sərnişinlə (- 19,8 %) Özbəkistan qərarlaşıb.
İlk onluğa Hindistan və Qətərin daxil olması ilə Küveytlə (46,4 min sərnişin, + 13,9 %) İsrail (45,8 min sərnişin, +14,2 %) TOP10-dan çıxıb.
Təkcə ötən ilin dekabr ayında isə Azərbaycandan hava nəqliyyatı ilə 262 112 sərnişin daşınıb. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 19,9 % çoxdur.
O cümlədən, ay ərzində Rusiyaya səfər edənlərin sayı 1 il əvvələ nisbətən 11,1 % artaraq 64 min 295 nəfər olub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır