Qazaxıstan mühüm infrastruktur layihəsi olan Aktau limanında konteyner qovşağının tikintisini həyata keçirir.
“İki sahil” Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, layihə limanın ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq məqsədi daşıyır.
Konteyner qovşağının inkişafı Qazaxıstanın beynəlxalq logistika arenasında mövqelərini gücləndirəcək, Trans-Xəzər marşrutu ilə Azərbaycan, Gürcüstan və Türkiyədən keçən konteyner daşımalarını artırmağa imkan verəcək. Bildirilib ki, bu, Çindən gələn tranzit yüklərinin bir hissəsini Avropaya yönləndirmək imkanı yaradacaq.
Bundan əlavə, limanda dərinləşdirmə işləri planlaşdırılır ki, bu da onun terminal gücünü artıracaq və konteyner daşımalarını daha səmərəli edəcək.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır