Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 15 noyabr 2022-ci il tarixli 49/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”nda dəyişikliklər edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı tənzimləyici qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra son saxlama dövründə məcburi ehtiyatlar üzrə tələbi pozan banklar da valyuta hərraclarında iştirak edə biləcək.
Buna qədər isə valyuta hərraclarına qatılmaq üçün sözügedən tələbin pozulmaması şərt idi.
Mərkəzi Bankın Hüquq və təşkilati işlər departamentinə tapşırılıb ki, bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır