11 yanvar 2025 10:37
417

Şəmkir sakinindən 7 kiloqram narkotik vasitə aşkarlanıb

Şəmkir sakinindən 7 kiloqram narkotik vasitə aşkarlanıb.

“İki sahil” xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Rövşən Əliyev saxlanılıb.

Onun üzərindən və evindən 7 kiloqram marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.