Neftçalada bu günədək 26 min 161 ton məhsul istehsal edilib.
“İki sahil” xəbər verir ki, bu barədə “Report”un Aran bürosuna rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) məlumat verilib.
Bildirilib ki, taxıl, yonca biçinindən sonra şəxsi vəsaitləri hesabına pambıq əkən bəzi fermerlər tarlalarda məhsul yığımını hələ də davam etdirir.
Bu il pambıq tarlalarının 95 faizdən çox hissəsi pambıqyığan maşınlarla toplanılıb. İndiyədək hər hektardan 32,5 sentner məhsul götürülüb.
Qeyd edək ki, ötən il rayonda 8 min hektar sahədə pambıq əkilib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır