Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafı sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində effektiv nəticə verir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, Dünya İqtisadi Forumunun hökumət texnologiyalarının qlobal ictimai təsiri ilə bağlı hesabatında Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihələri, iqtisadiyyatın rəqəmsallaşması üzrə əldə edilmiş uğurlar xüsusi vurğulanıb: “İqtisadi səmərəlilik və sosial fayda, strateji biznes imkanları, dövlət xidmətlərinin həyata keçirilməsində özəl sektorun iştirakı qeyd edilib. Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi özəl sektorun təşəbbüslərini və investisiya qoyuluşlarını artırır”.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır