İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə bu il üzrə dövlət büdcəsinə daxil olması proqnozlaşdırılan 15,5 milyard manat vəsaitin 75,3 %-nin və yaxud 11,67 milyard manatının qeyri-neft-qaz, 24,7 %-nin və yaxud 3,83 milyard manatının isə neft-qaz sektorunun payına düşəcəyi gözlənilir.
"İki sahil” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 18 % çox və 3,6 % azdır.
Bu il qeyri-neft-qaz sektoru üzrə vergi gəlirlərinin qeyri-neft ÜDM-nə nisbəti 12,7 % həddində proqnozlaşdırılır.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır