Bu ilin ilk günlərində 33 min ton şəkər yükü ilə Qvatemalanın ən böyük dəniz limanı olan Puerto-Ketsal limanından yola çıxan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Handysize” tipli “Xocalı” quru yük gəmisi ABŞ-yə çatıb.
"İki sahil" bu barədə ASCO-ya istinadən xəbər verir.
Gəmi hazırda ABŞ-nin qərb sahilində, San-Fransisko şəhəri yaxınlığındakı Kroket limanında yükboşaltma əməliyyatını yerinə yetirir.
Qeyd edək ki, bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının diversifikasiyası məqsədilə ötən ilin mayında istismara verilib.
Məhdudiyyətsiz üzmə imkanlarına malik olan “Xocalı” gəmisinin dedveyti 38,593 tondur. Gəminin uzunluğu 180, eni 30, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır