2024-cü ildə Azərbaycanda operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 28 milyard 394,1 milyon kVt·st, ixracı 1 milyard 397,5 milyon kVt·st, idxalı isə 170,5 milyon kVt·st olub.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"2023-cü illə müqayisədə elektrik enerjisinin istehsalı su elektrik stansiyalarında 1 247,8 milyon kVt·st, günəş elektrik stansiyalarında isə 476,9 milyon kVt·st artıb. Bu dövrdə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı təxminən 14 % olub", - deyə o qeyd edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır