Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin X İclası keçirilir.
“İki sahil” xəbər verir ki, Azərbaycan,Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan gömrük xidmətləri rəhbərlərinin qatıldığı iclasda BMT-nin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, Gürcüstan və Macartıstan gömrük xidmətlərinin nümayəndələri də iştirak edirlər.
Tədbirdə 9-cu iclasda qəbul edilən qərarlarının icrası, Sadələşdirilmiş Gömrük Dəhlizinin Yaradılması, “Transxəzər Gömrük Tranzit Portalı”, Elektron möhür və müasir izləmə texnologiyaları, Səlahiyyətli İqtisadi Operator mövzularında müzakirələr aparılacaq.
Tədbir çərçivəsində TDT-nin Gömrük Xidməti Rəhbərlərinin X İclasının Protokolu, 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində imzalanmış TDT Hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş çərçivəsində TDT-yə üzv Dövlətlərin Gömrük Administrasiyaları arasında Məlumat Mübadiləsinin Texniki Şərtləri və TDT çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı sənədləri imzalanacaq.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır