Dünyada baş verən son hadisələr, qlobal reallıqlar fonunda Orta Dəhliz təkcə regionumuzda deyil, həm də qlobal ticarət və nəqliyyat sistemlərinin diqqət mərkəzinə çevirib.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında bildirib.
Onun sözlərinə görə, bu dəhlizin əhəmiyyəti ticari xərclərin diverfikasiyası və daha etibarlı nəqliyyat marşrutları təqdim etməsidir.
"Orta dəhlizlə daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Bu da dəhlizin funksionallığını və cəlbediciliyini artırdığının sübutudur. Orta Dəhliz TDT arasında mövcud və gələcək əməkdaşlıqda əsas və təkanverici rol oynayır", - deyə sədr qeyd edib.
Azərbaycanla Çex Respublikası nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalayıb
Çexiyanın nəqliyyat naziri: Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna verdiyi töhfə böyükdür