Azərbaycan Mərkəzi Bankı (AMB) innovativ maliyyə məhsullarının onun nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu müddətini 1 ay - fevralın 15-nə qədər uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Xatırladaq ki, xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn məhsullar AMB ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq.
Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və yaxud yazılı şəkildə təqdim etmək mümkündür. Suallar yarandığı təqdirdə sandbox@cbar.az ünvanına müraciət etmək olar.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır